Alyans Qrup saytının ana səhifəsi masaüstü ekranda
Alyans Qrup saytının ana səhifəsi masaüstü ekranda
Müştəri:  Alyans Qrup
Xidmət:  Vebsayt
İl:  2026

Bir holdinq, çox istiqamət

Alyans Qrup tikinti bazarında 22 ildən çox işləyir. Fəaliyyət bir sahə ilə məhdudlaşmır: təmir-tikinti, memarlıq, layihələndirmə, interyer və eksteryer dizayn, metal konstruksiyalar, isitmə-soyutma, havalandırma, elektrik sistemləri, ekoloji həllər — hamısı eyni qrupun daxilindədir.

Bu strukturun özü saytın əsas məsələsi idi. Ziyarətçi adətən yalnız bir istiqamətlə maraqlanır, amma holdinqin bütövlüyünü də görməlidir. Biri digərini boğmamalı idi.

Alyans Qrup — metal konstruksiyalar səhifəsi planşetdə
Alyans Qrup — metal konstruksiyalar səhifəsi planşetdə
Alyans Qrup — interyer dizayn səhifəsi telefonda
Alyans Qrup — interyer dizayn səhifəsi telefonda

Nə etdik

Hər istiqamətə öz səhifəsi

Hər fəaliyyət istiqaməti müstəqil səhifədir. Naviqasiyada «Holdinq strukturu» başlığı altında toplanır — ziyarətçi bir istiqamətdən digərinə ana səhifəyə qayıtmadan keçir.

İşlər obyekt üzrə verilir

İstiqamət səhifələrində görülən işlər ümumi qalereya kimi yox, obyekt-obyekt göstərilir: istixana, tekstil fabriki, laboratoriya və təlim-tədris mərkəzi, bağ evi. Hər obyektin yeri, təyinatı və ili yazılıb.

Ayrıca foto qalereya

İstiqamətlərdən asılı olmayan ümumi arxiv — memarlıqdan interyerə qədər işlərin bir yerdə baxılması üçün.

Media bölməsi

Şirkət haqqında materiallar bir bölmədə toplanır.

Hər səhifədə əlaqə düyməsi

WhatsApp düyməsi səhifə boyu sürüşür — ziyarətçi istiqamət səhifəsindən birbaşa sual verə bilir.

Texnologiya və rəqəmlər

Quruluş: Hər fəaliyyət istiqamətinə öz səhifəsi
Ön tərəf: Swiper qalereya
Funksiyalar: Obyekt üzrə foto qalereya, media bölməsi, WhatsApp
Dillər: Azərbaycan, ingilis, rus
Sitemap-da URL: 60 (üç dil daxil)
Struktur məlumatı: JSON-LD

Tez-tez verilən suallar

Çoxistiqamətli holdinq saytda necə göstərilir?

Hər istiqamət ayrıca səhifə alır — təmir-tikinti, memarlıq, layihələndirmə, interyer, eksteryer, metal konstruksiyalar, isitmə-soyutma, elektrik və ekoloji həllər. Ziyarətçi bir istiqamətə girir, amma menyuda qalanlarını da görür.

Görülən işlər necə verilir — siyahı, yoxsa qalereya?

Obyekt üzrə. Hər iş öz qalereyası ilə açılır, çünki tikintidə sifarişçi mətn oxumur — bitmiş obyektə baxır. Mətn qalereyanın altında qalır.

Sayt üç dildə işləyir?

Bəli — azərbaycan, ingilis və rus. Sitemap-da 60 URL var və üç dilin hamısı eyni struktura sahibdir, yəni bir dildə olan səhifə digərində əskik qalmır.

Oxşar bir iş
lazımdırsa.

Layihənizi danışaq