Əvvəl xəstəlik, sonra həkim
Ürək-damar cərrahiyyəsi pasiyentin çox vaxt axtarışdan başladığı sahədir. Varikoz, damar tıxanıqlığı, diabetik ayaq, limfostaz — pasiyent əvvəlcə simptomu yazır, həkimin adını sonra.
Ona görə sayt həkimin tərcümeyi-halı ətrafında yox, xəstəliklərin izahı ətrafında quruldu. Tərcümeyi-hal yerindədir, sadəcə birinci deyil.
Nə etdik
Xəstəliklər mərkəzdə
Bölmə kateqoriyalara ayrıldı: venoz xəstəliklər, arterial xəstəliklər, böyük damarlar, müalicələr, diaqnostika. Filtrlə seçilir, siyahı səhifə yenilənmədən dəyişir.
Müalicə üsulları xəstəliyin yanında
Hər xəstəlik kartında ona tətbiq olunan üsullar etiket kimi görünür — endovenoz lazer ablasiyası, radiotezlik ablasiyası, skleroterapiya, kompressiya müalicəsi. Pasiyent nə ilə üzləşəcəyini kartı açmadan görür.
«Əvvəl-Sonra» razılıqla
Şəkillər pasiyent razılığı ilə yerləşdirilir və bölmənin başında bu barədə açıq bildiriş var: materiallar yalnız məlumat xarakteri daşıyır.
Media arxivi
Veriliş və müsahibə yazıları bir bölmədə toplanır.
Mobil müraciət zolağı
Ekranın altında sabit zolaq: zəng, WhatsApp, qəbula yazılma.
Üç dil
Azərbaycan, ingilis və rus dilləri.
Sosial media
İnstaqram hesabı saytla paralel aparılır. Aylıq kontent planı yayımdan əvvəl razılaşdırılır, mövzular saytdakı xəstəlik bölmələri ilə eyni dildə hazırlanır.
Məqsəd hesabı ayrıca kanal kimi saxlamaq deyil: paylaşımda qısa cavabı görən izləyici ətraflı izahı saytda tapır.
Texnologiya və rəqəmlər
Tez-tez verilən suallar
Niyə sayt həkimin tərcümeyi-halı ilə başlamır?
Ürək-damar cərrahiyyəsində pasiyent axtarışa simptomla girir: varikoz, damar tıxanıqlığı, diabetik ayaq, limfostaz. Ona görə birinci ekranda xəstəliklərin izahı dayanır. Tərcümeyi-hal saytda var, sadəcə oxu xəttinin başında deyil.
«Əvvəl-Sonra» şəkilləri necə yerləşdirilir?
Yalnız pasiyentin razılığı ilə. Bölmə ayrıca açılır və müalicə səhifəsinin içinə basdırılmır — pasiyent ora baxmaq istəyəndə girir, gözlənilmədən qarşısına çıxmır.
Mobil ekranda müraciət necə həll olunub?
Ekranın altında sabit zolaq var: zəng, WhatsApp və müraciət. Səhifənin harasında olmağınızdan asılı olmayaraq əlaqə düymələri əl altındadır.
lazımdırsa.