Dr. Türkan Şəfiyeva saytının ana səhifəsi noutbukda
Dr. Türkan Şəfiyeva saytının ana səhifəsi noutbukda
Müştəri:  Dr. Türkan Şəfiyeva, LOR və estetik burun cərrahı
Xidmət:  Vebsayt
İl:  2026

İki auditoriya, bir sayt

Burada iki fərqli auditoriya var. Bir tərəfdə tibbi problem: burun tənəffüsü, sinüs, adenoid, qulaq iltihabı. Digər tərəfdə rinoplastika — bu, xəstəlik deyil, estetik qərardır və pasiyent ona tamam başqa gözlə baxır.

Sayt hər ikisini saxlamalı, amma qarışdırmamalı idi. Estetik bölmə tibbi bölməni kölgədə qoysa, sayt klinika olmaqdan çıxıb reklam lövhəsinə çevrilir.

Dr. Türkan Şəfiyeva — müalicələr səhifəsi planşetdə
Dr. Türkan Şəfiyeva — müalicələr səhifəsi planşetdə
Dr. Türkan Şəfiyeva — əməliyyatlar səhifəsi telefonda
Dr. Türkan Şəfiyeva — əməliyyatlar səhifəsi telefonda

Nə etdik

Müalicələr və əməliyyatlar ayrı

Bir bölmədə xəstəliklər — burun və burunətrafı ciblərin xəstəlikləri, qulağın iltihabi xəstəlikləri, adenoid, qıcıq öskürək, udlaq və qırtlaq xəstəlikləri, damaq badamcıqlarının iltihabı. Digərində əməliyyatlar — rinoplastika, septoplastika, sinus cərrahiyyəsi, tonzillektomiya, adenoidektomiya.

«Öncə-Sonra» müqayisəsi

Şəkillər sürüşdürücü ilə müqayisə olunur — iki ayrı şəkil yan-yana deyil, eyni kadrın üstündə sürüşən sərhəd.

Konfranslar və sertifikatlar

İştirak edilən tədbirlər il üzrə sıralanır, sertifikatlar ayrıca qalereyada saxlanılır. İkisi bir yerə yığılsaydı, heç biri oxunmurdu.

Hüquqi bölmə

İstifadə şərtləri, məxfilik siyasəti, kuki siyasəti və tibbi bildiriş. Tibbi məzmunlu saytda bu, seçim deyil — məzmunun həkim məsləhəti yerinə keçmədiyini yazılı bildirmək lazımdır.

Üç dil

Azərbaycan, ingilis və rus dilləri.

Texnologiya və rəqəmlər

Quruluş: Tibbi müalicələr və estetik əməliyyatlar iki ayrı bölmə
Ön tərəf: jQuery
Funksiyalar: «Öncə-Sonra» müqayisəsi, müraciət forması, konfrans və sertifikat arxivi
Dillər: Azərbaycan, ingilis, rus
Sitemap-da URL: 75 (üç dil daxil)
Struktur məlumatı: JSON-LD

Tez-tez verilən suallar

LOR və estetik cərrahiyyə bir saytda necə saxlanılır?

İki ayrı bölmə kimi. Burun tənəffüsü, sinüs, adenoid, qulaq iltihabı bir qolda; rinoplastika digərində. Səbəb sadədir: bunlar fərqli qərarlardır və estetik bölmə tibbi bölməni kölgədə qoysa, sayt klinika olmaqdan çıxır.

Sertifikat və konfranslar saytda niyə lazımdır?

Cərrah seçimi etibar məsələsidir və pasiyent iddianı deyil, sənədi axtarır. Konfrans çıxışları və sertifikatlar ayrıca bölmədə toplanıb — sözlə deyil, sənədlə göstərilir.

Hüquqi bölmə tibbi saytda nə üçündür?

Məxfilik siyasəti, istifadə şərtləri və məzmun siyasəti pasiyent məlumatının necə işlənildiyini açıq yazır. Bu bölmə həm pasiyent üçün şəffaflıqdır, həm də axtarış sistemləri üçün saytın kimə aid olduğunun sübutudur.

Oxşar bir iş
lazımdırsa.

Layihənizi danışaq