Ən çox verilən sualların cavabı. Axtardığınızı tapmasanız, birbaşa yazın — cavablayarıq.
Əməkdaşlıq
Müraciətdən sonra qısa görüş və ya yazışma olur: nə lazım olduğunu, mövcud vəziyyəti və gözləntini müəyyən edirik.
Sonra işin həcmi və şərtləri yazılı təklifdə göstərilir. Əməkdaşlıq imzalanmış müqavilə ilə başlayır.
Bəli. Forma doldurmaq və ya danışıq aparmaq öhdəlik yaratmır — iş yalnız imzalanmış xidmət müqaviləsindən sonra başlayır.
Müqavilə işin həcmini, müddətini və ödəniş qaydasını müəyyən edir.
Bəli. Dörd istiqamət — brend və dizayn, vebsayt, sosial media, foto və video — ayrı-ayrılıqda sifariş edilə bilər.
Qiymət
Səhifə və ya paylaşım sayından çox işin həcmindən: struktur, məzmunu kimin hazırlaması, inteqrasiyalar, dil sayı və təhvildən sonrakı dəstək.
Konkret rəqəm yalnız iş həcmi aydın olandan sonra mənalıdır. Eyni adlı iki layihə eyni həcmdə olmur, ona görə qiymət fərdi təklifdə verilir.
Müddət
Adətən 10–30 gün. Dəqiq müddət struktura, səhifə sayına və inteqrasiyalara görə dəyişir və təklifdə göstərilir.
Digər istiqamətlərdə müddət işin həcmindən və əlimizdə olan materialdan asılıdır.
Praktikada ən çox gecikmə səbəbi texniki hissə deyil — məzmunun gec hazır olmasıdır.
Adətən 3–6 ay sonra. Bu müddətə ödənişli reklamın olub-olmaması, səhifənin başlanğıc vəziyyəti və müştərinin fəaliyyət sahəsi təsir edir.
İş prosesi
Bəli. Aylıq plan yayımdan əvvəl razılaşdırılır — nə vaxt, nə paylaşılacağı əvvəlcədən bəllidir.
İki dövr düzəliş nəzərdə tutulur.
Ona görə fikir və istəkləri konkret şəkildə ifadə etmək vacibdir: dəqiq ifadə olunmuş rəy düzəliş dövrünə qənaət edir və işi tez yekunlaşdırır.
Müştərinin istədiyi və məzmuna uyğun olan mühitdə — ofisdə, obyektdə və ya çöl şəraitində.
Təhvildən sonra
Bəli. Dəstək müddəti layihənin mürəkkəbliyinə görə 1–3 ay arasında olur və müqavilədə göstərilir.
Sonrakı dövrdə hostinq, domen və təhlükəsizlik yeniləmələri davam edən xərclərdir; onlar illik planlaşdırılır.
siyahıda yoxdursa.