Dar zaman pəncərəsi
Dr. Emiliya Əfəndiyeva pediatrdır və Məlhəm Beynəlxalq Hospitalda işləyir. Adi pediatriya qəbulundan başqa ayrıca bir istiqaməti var: CranioWell silikon qəlibləri ilə körpələrdə qulaq deformasiyalarının əməliyyatsız düzəldilməsi.
Bu istiqamətin öz çətinliyi var — vaxt. Üsul körpənin ilk həftələrində nəticə verir, valideyn isə həmin günlərdə heç nə axtarmır, ətrafdan «özü düzələr» eşidir. Yəni sayt bir sualı gec yox, tez cavablandırmalı idi: bu nədir, nə vaxta qədər müraciət olunur və nəticə necə görünür.
Pediatriya qəbulu isə ayrıca qoldur və onunla qarışmamalıdır.
Nə etdik
CranioWell ayrıca bölmədir
Üsul, kimə uyğundur, prosesin gedişi və müddəti bir yerdədir — pediatriya xidmətlərinin içində əriyib itmir.
Öncə və sonra qalereyası
Nəticə şəkillə göstərilir: 20 cüt. Altyazılar neytraldır, heç bir cüt müddət və ya nəticə vəd etmir.
Xidmətlər sual üzrə bölünüb
Pediatrik konsultasiya, mütəmadi müayinələr, peyvənd, yenidoğan müayinəsi, qidalanma məsləhəti — hər birinin öz səhifəsi var.
Mətn mənbəyi ilə birlikdə
Tibbi məzmunun altında xarici mənbə istinadı, səhifədə isə görünən müəllif və «son tibbi yoxlama» tarixi var.
Üç dil
Azərbaycan, ingilis və rus dilləri. Azərbaycan dili ünvanda prefiksiz qalır, digər ikisi /en və /ru altındadır.
Panel həkimin özündədir
Bloq, FAQ, video, öncə/sonra cütləri və xidmət mətnləri admin paneldən dəyişdirilir — dəyişiklik üçün bizə müraciət lazım deyil.
Sosial media
Aylıq mövzu planı saytın xidmət və sual bölmələri ilə uzlaşdırılır: paylaşımda qaldırılan sual saytda tam cavabı olan səhifəyə gedir.
Hesabın seçilmişlərində məsləhətlər, qulağın bərpası, geridönüşlər, tədbirlər və FAQ ayrı-ayrı qollardır — arxiv lentdə itmir.
Texnologiya və rəqəmlər
Tez-tez verilən suallar
Qulaq şəkilləndirməsi niyə ayrıca bölmədədir?
Çünki oxucu fərqlidir. Pediatriya səhifələrinə uşağı xəstələnən valideyn gəlir, CranioWell səhifəsinə isə körpəsinin qulağına baxıb narahat olan valideyn. İkinci halda sualın özü də, vaxtı da başqadır — üsul körpənin ilk həftələrində tətbiq olunur.
Öncə/sonra şəkillərində nəyə diqqət edilib?
Altyazılara. Şəkil nəticəni göstərir, mətn isə heç nə vəd etmir: müddət, faiz və ya zəmanət yazılmır. Tibbi məzmunda təsdiqlənməmiş iddia yerləşdirilmir.
Saytı kim yeniləyir?
Həkim özü. Bloq, suallar, videolar, xidmət mətnləri və öncə/sonra cütləri admin paneldədir; mətn redaktoru sadə saxlanılıb, çünki panel tibbi məzmun üçündür, dizayn üçün yox.
Sosial media ilə sayt necə bağlanır?
Mövzu planı saytın bölmələri ilə uzlaşdırılır. Paylaşım sualı qaldırır, tam cavab isə saytdakı səhifədədir — beləliklə hər ay yazılan məzmun lentdə qalmır, saytda toplanır.
lazımdırsa.