Cavabı həkimin özündən eşitmək
Onkoginekologiyada ən çətin hissə mətn deyil. Pasiyent simptomu axtarır, mövzu ağırdır və uzun yazılı izah çox vaxt yarımçıq oxunur.
Ona görə saytın mərkəzinə video qoyuldu. Eyni cavabı ekranda həkimin özündən eşitmək mətndən başqa cür işləyir.
Nə etdik
Media bölməsi video kitabxanası kimi
Hər video pasiyentin real sualına cavab verir: «Hər xərçəngdə uşaqlıq mütləq çıxarılır?», «Aybaşının rəngi nə deməkdir?», «HPV və CA-125 nəyi göstərir?». Suallar başlıq kimi yazılıb — pasiyent siyahıya baxıb öz sualını tapır.
Xəstəliklər və əməliyyatlar
İki ayrı bölmə: müayinə mərhələsindəki pasiyentlə əməliyyata hazırlaşan pasiyentin ehtiyacı eyni deyil.
Konfranslar və sertifikatlar
Konfranslar il, tədbir adı, şəhər və ölkə sütunları ilə cədvəldə; sertifikatlar ayrıca qalereyada.
Tərcümeyi-hal ayrıca səhifə
Təhsil, iş yeri və elmi dərəcə bir yerdə — ana səhifədə yayılmır.
Üç dil
Azərbaycan, ingilis və rus dilləri.
Sosial media
İnstaqram hesabının aparılması da bizim üzərimizdədir: aylıq plan yayımdan əvvəl razılaşdırılır, paylaşımlar hazırlanır və yayımlanır.
Texnologiya və rəqəmlər
Tez-tez verilən suallar
Niyə mərkəzdə mətn yox, video dayanır?
Onkoginekologiyada mövzu ağırdır və uzun yazılı izah çox vaxt yarımçıq oxunur. Eyni cavabı ekranda həkimin özündən eşitmək başqa cür işləyir — ona görə media bölməsi video kitabxanası kimi quruldu.
Videolar saytda necə saxlanılır?
Media bölməsində mövzu üzrə yığılır ki, pasiyent öz sualını siyahıda tapsın. Video xəstəlik səhifəsinin içində itmir, ayrıca giriş nöqtəsi var.
Sosial media da eyni layihənin içindədir?
Bəli. Saytdakı video məzmunu ilə İnstaqram məzmunu eyni plandan çıxır — həkim bir dəfə danışır, material hər iki kanalda işlənir.
lazımdırsa.