Sayt nə
etməlidir?

Sayt gözəl görünməkdən çox iş görməlidir: tez məlumat verməli, müraciətə yönəltməli və axtarışda tapılmalıdır. Sayt hazırlanmasını bu üç tələb üzərində qururuq — veb sayt sifarişi yazılı brifdən başlayır.

Saytın hazırlanması

+
-

Struktur əvvəlcə kağız üzərində qurulur: ziyarətçi nə axtarır, hansı səhifədə nə tapmalıdır.

Dizayn və kodlaşdırma mobil cihazlardan başlayır — ziyarətçilərin əksəriyyəti telefondan gəlir.

SEO və lokal axtarış

+
-

Texniki əsas: sürət, struktur, meta məlumatlar, sayt xəritəsi.

Google Business profili və lokal axtarış üçün məlumatların düzgün qurulması.

AI axtarışında görünmə

+
-

Süni intellekt cavablarında brendin adının keçməsi üçün məzmun struktur və mənbə kimi hazırlanır.

Bu, klassik SEO-dan fərqli işdir və son illərdə əhəmiyyət qazanıb.

Hostinq və texniki dəstək

+
-

Saytınız bizim infrastrukturda işləyir, texniki məsələlər bir ünvandan həll olunur.

Yeniləmə, ehtiyat nüsxə və təhlükəsizlik bizim üzərimizdədir.

İlk görüşdən
təhvilə qədər.

İş prosesi

01

Brif

Biznesi, auditoriyanı və saytın vəzifəsini müəyyən edirik.

02

Struktur

Səhifə xəritəsi və məzmun planı razılaşdırılır.

03

Dizayn və kod

Maket təsdiqlənir, sonra kodlaşdırma və məzmun yerləşdirmə aparılır.

04

Yayım

Sayt yayımlanır, axtarış sistemlərinə təqdim olunur, göstəricilər izlənir.

Sayt təhvil veriləndən sonra nə ölçülür və nə davam edir?

Sayt yayımlanandan sonra ölçmə dayanmır. Saytın Search Console-a qoşulması, sayt xəritəsinin göndərilməsi və ilk indeksləşmənin izlənməsi təhvilin bir hissəsidir; texniki yoxlama isə Storm-un öz standartı üzrə aparılır — 169 bənd, o cümlədən yükləmə sürəti, struktur data, dil versiyalarının qarşılıqlı bağlantısı və süni intellekt axtarış botlarının çıxışı. Nəticə bal və tapıntı siyahısı kimi müştəriyə verilir.

Layihə 10–30 gün çəkir; dəqiq müddət struktura və səhifə sayına görə brifdə yazılır. Sayt bizim infrastrukturda işləyirsə, yeniləmə, ehtiyat nüsxə və təhlükəsizlik başlıqları bizim üzərimizdədir və ayrıca qeyd olunur. Məzmun dəyişiklikləri müştəri tərəfindən deyilir, koda özü toxunmur. Saytın dörd dil versiyası varsa, hər dilin öz başlığı, təsviri və struktur məlumatı ayrıca yoxlanılır — tərcümə mətni kopyalamaqla bitmir.

Axtarışda görünmə saytın yayımlanması ilə eyni gün başlamır: ilk ölçülə bilən nəticə adətən 3–6 ay sonra görünür və bu müddət sahənin rəqabətindən asılıdır. Ona görə sayt təhvilindən sonra hansı göstəricilərin, hansı fasilə ilə ölçüləcəyi əvvəlcədən razılaşdırılır.