ARTE saytının ana səhifəsi noutbukda
ARTE saytının ana səhifəsi noutbukda
Müştəri:  ARTE Architecture Bureau
Xidmət:  Vebsayt, sosial media
İl:  2024

Eskizdən mebelə qədər

ARTE Architecture Bureau 2006-cı ildən işləyir. Fəaliyyət altı istiqamətdədir: interyer, eksteryer, landşaft, tikinti, təmir və mebel istehsalı — yəni büro eskizdən başlayıb hazır mebelə qədər bütün zənciri özü aparır.

Belə şirkətdə sayt izah etmir, göstərir. Sifarişçi mətn oxumağa gəlmir — görülmüş işə baxmağa gəlir. Ona görə strukturun mərkəzinə layihə arxivi qoyuldu.

ARTE saytının layihələr arxivi planşetdə
ARTE saytının layihələr arxivi planşetdə
ARTE Architecture Bureau-nun İnstaqram hesabı telefonda
ARTE Architecture Bureau-nun İnstaqram hesabı telefonda

Nə etdik

Layihə arxivi mərkəzdə

Hər layihənin öz səhifəsi var: Cotton House, Armada Center, Stonya Villa və digərləri. Ayrıca mənzil, otaq və obyekt kadrları da açılır — ziyarətçi ümumi qalereyada itmir, konkret işə girir.

Altı istiqamət, altı səhifə

İnteryer, eksteryer, landşaft, tikinti, təmir, mebel istehsalı. Hər biri ayrıca səhifədir və nə əhatə etdiyi konkret yazılır — «tam xidmət» ifadəsi ilə kifayətlənilmir.

Tünd fon işin xeyrinə

Sayt tünd temadadır. Bu, memarlıqda təsadüfi seçim deyil: interyer fotoları tünd fonda daha güclü görünür, kadrın öz işığı diqqəti çəkir.

Üç dil

Azərbaycan, rus və ingilis. Ölkədaxili və xarici sifarişçi eyni məzmunu öz dilində görür.

Bloq

Dizayn trendləri və material seçimi barədə yazılar — axtarışdan gələn ziyarətçi üçün ayrıca giriş nöqtəsi.

Sosial media

İnstaqram hesabı da bizim üzərimizdədir. Şəbəkə tamamilə görülmüş işdən ibarətdir: interyer kadrları, detal çəkilişləri, obyekt videoları.

Highlight bölmələri saytın strukturunu təkrarlayır — Detallar, Xidmətlər, Layihələr, Əlaqə. Hesaba yeni gələn izləyici nə axtardığını orada tapır.

Texnologiya və rəqəmlər

Quruluş: Mərkəzdə layihə arxivi, ətrafında altı istiqamət səhifəsi
Ön tərəf: jQuery, Font Awesome
Funksiyalar: Layihə arxivi, bloq, tünd fonlu qalereya
Dillər: Üç dil
Sitemap-da URL: 50
Sosial media: İnstaqram hesabı eyni dəstdən idarə olunur

Tez-tez verilən suallar

Memarlıq bürosunun saytında nə birinci gəlməlidir?

İş. Sifarişçi mətn oxumağa gəlmir — görülmüş layihəyə baxmağa gəlir. Ona görə strukturun mərkəzinə layihə arxivi qoyuldu, izah mətni onun ətrafına yerləşdirildi.

Niyə fon tünddür?

Tünd fonda interyer və eksteryer kadrları öz rəngini saxlayır. Açıq fon şəklin kənarını yeyir; burada səhifənin işi şəkli göstərməkdir, ona görə interfeys geri çəkilir.

Altı istiqamət bir səhifədə verilə bilməzdi?

Verilə bilərdi, amma interyer axtaran müştəri ilə mebel istehsalı axtaran müştəri eyni səhifədə qalırdı. Hər istiqamətin öz səhifəsi var: interyer, eksteryer, landşaft, tikinti, təmir və mebel.

Oxşar bir iş
lazımdırsa.

Layihənizi danışaq