Dr. Sahilə Əliəkbərovanın İnstaqram paylaşımı telefonda
Dr. Sahilə Əliəkbərovanın İnstaqram paylaşımı telefonda
Müştəri:  Dr. Sahilə Əliəkbərova, pediatr-nevroloq
Xidmət:  Sosial media
İl:  2025

Valideynin sualı, həkimin cavabı

Uşaq nevrologiyası valideyn üçün qorxulu səslənən sahədir: hipoksiya, qızılca ağırlaşmaları, körpənin baş duruşu. Bu mövzularda internetdə çox yazı var, amma çoxu ya həddindən artıq tibbi, ya da qorxu üzərində qurulub.

Hesabın quruluşu bunun əksinə qurulub: başlıq valideynin öz sözü ilə verilir, cavab isə həkimin özündən gəlir. Məqsəd diaqnoz qoymaq deyil — nə vaxt həkimə müraciət etmək lazım olduğunu aydınlaşdırmaqdır.

Dr. Sahilə Əliəkbərovanın İnstaqram paylaşımı planşetdə
Dr. Sahilə Əliəkbərovanın İnstaqram paylaşımı planşetdə
Dr. Sahilə Əliəkbərovanın İnstaqram paylaşımı telefonda
Dr. Sahilə Əliəkbərovanın İnstaqram paylaşımı telefonda

Nə etdik

Başlıq valideynin sualıdır

Paylaşımların üzərində gündəlik müşahidə yazılır: «Körpə başını niyə daim bir tərəfə əyir?», «Uşaqlarda oksigen çatışmazlığının (hipoksiya) beyinə zərərləri», «Qızılcanın ağırlaşması — SSPE xəstəliyi». Oxucu öz vəziyyətini siyahıda tanıyır.

Vahid şablon

Eyni tipoqrafiya, eyni imza bloku, eyni rəng qrupu. Mövzu dəyişir, görkəm dəyişmir — şəbəkədə hesab bütöv görünür.

Həkimin öz kadrı

Şəkillər klinikanın real mühitində çəkilir. Stok fotoya keçilmir, çünki valideyn üçün tanış olan məhz həkimin özüdür.

Aylıq plan

Mövzular əvvəlcədən razılaşdırılır və növbə ilə yayımlanır.

Texnologiya və rəqəmlər

Kanal: İnstaqram
Format: Başlıq valideynin sualı, izah həkimin dilində
Şablon: Sabit tipoqrafiya, imza bloku və rəng qrupu
Çəkiliş: Klinikanın real mühitində — stok foto işlədilmir
Yayım: Aylıq plan, mövzular əvvəlcədən razılaşdırılır

Tez-tez verilən suallar

Uşaq nevrologiyası kimi mövzuda ton necə seçilir?

Qorxu üzərində qurulmur. Hipoksiya, qızılca ağırlaşmaları, körpənin baş duruşu — bunlar valideyn üçün onsuz da narahatedici mövzulardır. Paylaşımın məqsədi diaqnoz qoymaq deyil, nə vaxt həkimə müraciət etmək lazım olduğunu aydınlaşdırmaqdır.

Başlıqlar niyə valideynin öz sözü ilə yazılır?

«Körpə başını niyə daim bir tərəfə əyir?» kimi başlıq valideynin öz müşahidəsidir — o, özünü siyahıda tanıyır. Tibbi termin ilə yazılan eyni mövzu isə lentdə ötüb keçilir.

Şəkillərdə niyə həkimin özü var?

Valideyn üçün tanış olan simadır. Anonim məlumat lövhəsi kimi görünən paylaşım eyni mətni daşısa da başqa cür oxunur.

Oxşar bir iş
lazımdırsa.

Layihənizi danışaq