Suala video ilə cavab vermək
Daxili xəstəliklər geniş sahədir: təzyiq, piylənmə, qaraciyər, osteoporoz, vitamin və mineral çatışmazlığı. Pasiyentin sualı da bu qədər müxtəlif olur.
Belə hallarda uzun mətn işləmir — izləyici oxumur, sürüşdürüb keçir. Ona görə hesabın bütün quruluşu bir prinsip üzərində quruldu: başlıq sual verir, cavabı həkim özü videoda deyir.
Nə etdik
Başlıq sualdır, şüar deyil
Hər paylaşımın üzərində pasiyentin real sualı yazılır: «Təzyiq xəstələri ömürboyu dərman istifadə etməlidir?», «Hansı hallarda hansı Magnezium içilməlidir?», «Kimlər osteoporoz üçün yoxlanılmalıdır?». İzləyici öz sualını siyahıda görüb dayanır.
Vahid şablon
Eyni tipoqrafiya, eyni yerləşdirmə, eyni imza bloku. Paylaşımlar bir-birindən mövzu ilə fərqlənir, görkəmi ilə yox — şəbəkədə hesab bütöv görünür.
Çəkiliş də bizim üzərimizdə
Videolar həkimin iş mühitində çəkilir. Ayrı studiya qurulmur: kadr real kabinetdə alınır, bu da danışığı inandırıcı saxlayır.
Highlight bölmələri
Aktual, Faydalı, Əlaqə və İş bölmələri ayrıldı — yeni gələn izləyici hesabı aşağı sürüşdürmədən lazım olanı tapır.
Aylıq plan
Mövzular əvvəlcədən razılaşdırılır və növbə ilə yayımlanır.
Texnologiya və rəqəmlər
Tez-tez verilən suallar
Niyə cavab mətnlə yox, videoda verilir?
Daxili xəstəliklər geniş sahədir — təzyiq, piylənmə, qaraciyər, osteoporoz, vitamin çatışmazlığı. Uzun mətndə izləyici sürüşdürüb keçir. Başlıq sualı verir, cavabı isə həkim özü videoda deyir; paylaşım bir ekranda tamamlanır.
Başlıqlar necə seçilir?
Pasiyentin real sualından: «Təzyiq xəstələri ömürboyu dərman istifadə etməlidir?», «Hansı hallarda hansı Magnezium içilməlidir?». İzləyici öz sualını siyahıda görüb dayanır — şüar bunu etmir.
Highlight bölmələri nəyə lazımdır?
Aktual, Faydalı, Əlaqə və İş bölmələri ayrılıb. Hesaba yeni gələn izləyici lenti aşağı sürüşdürmədən lazım olanı tapır — profil kataloq kimi işləyir.
lazımdırsa.